abş prezidenti donald tramp iranın qisas almağa cəhd edəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyini bildirib.
“arhd.media” xəbər verir ki, bu haqda tramp “truthsocial” sosial media platformasında məlumat verib.
“iran indicə dedi ki, bu gün çox güclü zərbə vuracaqlar, hər zamankindən daha sərt. onlar bunu etməməlidirlər, yoxsa biz onları əvvəllər heç vaxt görülməmiş bir qüvvə ilə vuracağıq”, - o vurğulayıb.
qeyd edək ki, bundan əvvəl iran islam inqilabı keşikçiləri korpusu (sepah) iranın ali rəhbəri əli xameneinin ölümünün qisasını alacağını açıqlayıb.






















