israil müdafiə qüvvələri (idf) iranda davam edən hərbi əməliyyatlar fonunda iran xalqına fars dilində təcili xəbərdarlıqla müraciət edib.
“arhd.media” xəbər verir ki, israil ordusunun farsdilli sözçüsü kamal pənhasi ölkə boyu hərbi sənaye müəssisələrinin və hərbi infrastruktur obyektlərinin daxilində və ya yaxınlığında olan bütün şəxslərə müraciət edərək əraziləri dərhal tərk etməyə çağırıb.
“təhlükəli silah və qurğuların yaxınlığındasınız. əziz vətəndaşlar, təhlükəsizliyiniz və sağlamlığınız üçün sizdən xahiş edirik ki, dərhal bu yerləri tərk edin və növbəti xəbərdarlığa qədər bu ərazilərdən kənarda qalın. bu cür hərbi obyektlərin yaxınlığında olmaq insanların həyatı üçün birbaşa və ciddi təhlükə yaradır”, – deyə sözçü bildirib.
qeyd edək ki, bu gün səhər saatlarında israil və abş irandakı hərbi obyektlərə, o cümlədən raket istehsalı fabriklərinə və nüvə infrastrukturu ilə əlaqəli məntəqələrə qarşı “qabaqlayıcı hücum” əməliyyatına başlayıblar. beynəlxalq agentliklər artıq paytaxt tehran, qum, isfahan və digər strateji şəhərlərdə partlayışların baş verdiyini xəbər verirlər.






















