ermənistan silahlı qüvvələri tərəfindən rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanın xocalı şəhərinin işğalı və xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
“arhd.media”ın məlumatına görə, soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə xocalı şəhərinə hücum edib. şəhərin 2 500 sakini xilas olmaq üçün ağdam istiqamətində hərəkət edib. ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
erməni təcavüzkarlarının azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.























