azərbaycan prezidenti ilham əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
“arhd.media” xəbər verir ki, fərmana əsasən, iqtisadiyyat nazirliyinin tabeliyindəki “azərbaycan respublikasının kiçik və orta biznesin inkişafı agentliyi” publik hüquqi şəxs və “azərbaycan respublikası investisiyaların və ixracın təşviqi agentliyi – azpromo” publik hüquqi şəxs əsasında iqtisadiyyat nazirliyi yanında azərbaycanda kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi agentliyi (bundan sonra – agentlik) yaradılıb.
agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən iqtisadiyyat nazirliyinin strukturuna daxil olan qurumdur.
agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilməlidir.























