prezident ilham əliyev münxendə azərbaycan telekanallarına müsahibəsində bu il azərbaycan və ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.
“arhd.media” xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:
“bilirsiniz ki, bu, bizdən asılı deyil. bizim mövqeyimiz artıq uzun illər ərzində ermənistan tərəfinə çatdırılıb. ermənistanın konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. o dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq ermənistanla azərbaycan arasında sülh əldə edilib”.























