“biz çalışırıq ki, iki ölkə arasında hər hansı bir toqquşma yenidən başlamasın, xalqlar arasında təmaslar qurulsun və biz bu yolla irəliləmək istəyirik”.
“arhd.media” xəbər verir ki, bu sözləri abş-nin vitse-prezidenti ceyms devid vens azərbaycan prezidenti ilham əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
sülh istiqamətində atılan addımlara toxunan vitse-prezident əlavə edib:
“buna görə prezident ilham əliyevə böyük təşəkkür düşür”.
sülh sazişinin reallaşmasının gələcəkdə əmin-amanlıq yaradacağına və münaqişənin qarşısını alacağına əminliyini ifadə edən ceyms devid vens bunu prezident ilham əliyevin rəhbərlik keyfiyyətlərinin təzahürü adlandırıb.






















