"azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. onlardan 10-u avropa ittifaqının üzvü, 11-i isə eyni zamanda nato-nun üzvüdür. həmin ölkələr üçün hazırda azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir".
arhd.media azərtac-a istinadla xəbər verir ki, bu sözləri prezidenti ilham əliyev abş ticarət palatasının nümayəndə heyəti ilə görüşdə deyib.
dövlətimizin başçısı bildirib: "biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir".






















