09.02.2026-cı il tarixində arhd.media informasiya agentliyinin qaynar xəttinə daxil olan məlumata görə, rusiya federasiyasının saratov şəhərində ağır qətl hadisəsi baş verib.
əslən xocavənd rayonundan olan məmmədov kəyan ismayıl oğlu qətlə yetirilib. ilkin məlumatlara əsasən, hadisəni əslən gədəbəy rayonundan olan soydaşımız törədib.
hadisə ilə bağlı rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, istintaq davam edir. mərhumun cənazəsi azərbaycana gətirilərək dəfn olunub.
bu faciənin həmvətənlər arasında baş verməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.
əlavə və dəqiqləşdirilmiş məlumatlar arhd.media tərəfindən təqdim olunacaq.























