azərbaycan prezidenti ilham əliyev bu gün iran islam respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri əziz nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


“arhd.media” xəbər verir ki, dövlət başçısı bir neçə gün əvvəl iran prezidenti məsud pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyələrdə müxtəlif təmasların ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.


məsud pezeşkianın ötən il azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini və yaxşı nəticələrin əldə olunduğunu vurğulayan prezident ilham əliyev bu səfərdən sonra əlaqələrimizin inkişaf etdiyini bildirib.


dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, azərbaycanın təşəbbüsü ilə cənubi qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm azərbaycan, həm də ermənistanla həmsərhəd olan iran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib. “biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın” deyən azərbaycan prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb.


dövlət başçısı bildirib ki, iran prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.


qəbula görə minnətdarlığını bildirən əziz nəsirzadə ilk növbədə iran prezidenti məsud pezeşkianın salamlarını dövlət başçısına çatdırıb. ölkəmizə iranın dövlət başçısının göstərişi ilə səfərə gəldiyini deyən qonaq məsud pezeşkianın azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb. o həmçinin qeyd edib ki, iran prezidenti ölkəmizə, o cümlədən xankəndiyə səfərlərini böyük məmnunluq hissi ilə xatırlayır.


prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını iran dövlətinin başçısına çatdırmağı xahiş edib.


söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafı qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Baxış sayı: 3 241

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə