azərbaycan prezidenti ilham əliyev bu gün yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri maria k.papakonstantinusun etimadnaməsini qəbul edib.


“arhd.media” xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.


prezident ilham əliyev səfirlə söhbət edib.


dövlət başçısı yunanıstanın baş naziri kiriakos mitsotakis ilə cop29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında bmt-nin nyu-yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayıb, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu deyib.


ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən azərbaycan prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirib.


dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.


maria k.papakonstantinus ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. səfir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunub.


söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***


prezidenti ilham əliyev indoneziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri berlian helminin etimadnaməsini qəbul edib.


***


prezidenti ilham əliyev norveç krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri andreas qaarderin etimadnaməsini qəbul edib.


***


prezidenti ilham əliyev bu gün avstraliya ittifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri salli-ann vinsentin etimadnaməsini qəbul edib.

 

Baxış sayı: 3 270

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə