türkiyə respublikası ədalət məhkəməsində arhd.media informasiya agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismail zalov hüquq sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə medal və təltifnamə ilə mükafatlandırılıb.
təltif hüquq üzrə professor, türkiyə və avropa insan haqları müdafiəçisi, tanınmış hüquqşünas və fəxri hakim mustafa kıyık tərəfindən təqdim olunub.
mərasim zamanı çıxış edən ismail zalov avropa insan haqları məhkəməsində türkiyə respublikasının hüquqi mövqeyini müdafiə etdiyini bildirib. o, çıxışı zamanı azərbaycan respublikasına və azərbaycan vətəndaşlarına şərəflə xidmət etdiyini vurğulayıb.
ismail zalov qeyd edib ki, azərbaycan dövləti hüquqi və demokratik dövlətdir, ölkədə “siyasi məhbus” anlayışı mövcud deyil, məhkəmələr ədalətli qərarlar qəbul edir və məhkəmə sistemi şəffaf fəaliyyət göstərir. o, həmçinin azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək səviyyədə fəaliyyət göstərdiyini və vətəndaşlara şərəflə xidmət etdiyini diqqətə çatdırıb.





























