abş, rusiya və ukrayna nümayəndə heyətləri əbu-dabidə üçtərəfli görüş zamanı birbaşa əlaqə saxlayıblar.
arhd.media "ria novosti"yə istinadən xəbər verir ki, bu barədə bəə xarici işlər nazirliyi məlumat verib.
məlumata görə, müzakirələr konstruktiv və müsbət atmosferdə keçib. ikigünlük danışıqlar zamanı rusiya və ukrayna nümayəndə heyətləri abş sülh planındakı mühüm məsələləri müzakirə ediblər.
qeyd olunub ki, danışıqlar hərtərəfli razılaşmaya doğru irəliləyişi asanlaşdırmağa yönəlmiş etimad tədbirlərini də əhatə edib.























