
azərbaycan prezidenti ilham əliyev bu gün davosda israil dövlətinin prezidenti isxak hersoqla görüşüb.
“arhd.media” xəbər verir ki, söhbət zamanı isxak hersoqun ölkəmizə səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.
azərbaycan-israil münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.
azərbaycan və israil prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
























