(akademik ibrahim cəfərovun yubileyinə həsr olunur)

böyük ömürlər olur – yaşanır və bitir. bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. akademik ibrahim cəfərovun ömrü məhz bu qəbildəndir. bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.
insan var ki, elmi seçir. insan var ki, vəzifəni. insan da var ki, insanı seçir.

ibrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz insani əsas götürdü. elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.

rektorluq – vəzifə deyil, məsuliyyət idi

rektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. ibrahim cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.
uzun illər azərbaycan dövlət aqrar universitetində çalışdığı dövr isə ibrahim cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. bu illərdə adau-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. ibrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi.

ibrahim cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.
o, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.
bu baxışdan doğdu müasir tələbə yataqxanaları…
betondan tikilən binalar deyildi onlar. hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. ibrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “burada tək deyilsən”.


pandemiya sinağinda insanliq dərsi

zaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. pandemiya illəri də belə bir imtahan idi.
pandemiya çox şeyi üzə çıxardı. kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… ibrahim cəfərov üçün isə seçim çoxdan edilmişdi...
distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. rektor ibrahim cəfərov isə başqa sual verdi:
“kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”
cavab kağız üzərində qalmadı. o, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. səssiz, reklamsız, təmtəraqsız… çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi.

o günlərdə bir çox gənc üçün ibrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.
qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.

elm adami

hazırda bitki mühafizə və texniki bitkilər elmi-tədqiqat institutuna rəhbərlik edən ibrahim cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. institutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur.

ibrahim cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.
o, bilir ki, elm torpağa toxunmayanda quruyur. bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.
onun elmi kabinetlərdə qapanıb qalmayıb. bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar azərbaycanın aqrar inkişafı üçündür. təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.
akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.

dövlətçiliyə sədaqət, insana hörmət

akademik ibrahim cəfərov hər zaman ulu öndər heydər əliyevin siyasi kursuna sadiq olub. dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. prezident ilham əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.
amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.

sevgi ilə yaşanan ömür

ibrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə.

ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.

yol davam edir

bu gün akademik ibrahim cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.
70 yaşını qeyd edən amea-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru ibrahim cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.
naxçıvanın şərur rayonunun düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan ibrahim cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. bu bağlılıq onu azərbaycan kənd təsərrüfatı institutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. bitki mühafizəsi sahəsində seçdiyi yol onu moskvanın nüfuzlu timiryazev adına kənd təsərrüfatı akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb.

akademik ibrahim cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.
akademik ibrahim cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. bu ömür göstərir ki, elmə sədaqət, vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.
qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.
böyük insanlar həyatın mənasını özlərində tapırlar.
ibrahim cəfərov da tapdı.
tapdı və başqalarına da göstərdi.
bu ömür — elmə, vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.
dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.

xəlil xəlilov




www.azadmedia.az

Baxış sayı: 5 870

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə