israil xarici işlər naziri gideon saar yanvarın 26-da bakıya gələcək.
arhd.media xəbər verir ki, bu haqda “aia global” saytı məlumat yayıb.
“səfər bir gün davam edəcək. buraya bir sıra görüşlər, o cümlədən azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. bundan sonra saar qazaxıstana səfər edəcək”, - israil mənbəsi bildirib.
xatırladaq ki, noyabrda gideon saar azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:
“tezliklə bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.























