“iranın başı bəladadır”.


arhd.media  xəbər verir ki, bunu abş prezidenti donald tramp amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə iranla bağlı suala cavab verərkən bildirib.


o, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “iranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.


tramp abş-nin vəziyyəti yaxından izlədiyini vurğulayaraq, irandakı etirazçıların təhlükəsizliyini istədiklərini bildirib. o, iran rəhbərliyinə müraciət edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edib:


“iranlı liderlərə deyirəm, atəş açmasanız, yaxşı olar. çünki biz də atəş açmağa başlaya bilərik”.


abş prezidenti “iranı vura bilərik” ifadəsi ilə amerika əsgərlərinin bu ölkəyə daxil olmasını nəzərdə tutmadığını, lakin etirazçılara atəş açılacağı təqdirdə abş-nin müvafiq addımlar ata biləcəyini qeyd edib.


qeyd edək ki, ağ ev rəhbəri bundan əvvəl də iran hakimiyyətinə sərt xəbərdarlıq etmişdi.

Baxış sayı: 3 728

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə