07 yanvar 2026-cı il tarixində arhd.media saytının fəaliyyətə başlamasının bir ili tamam olması münasibətilə təntənəli tədbir keçirilib. yüksək təşkilatçılıqla reallaşan tədbir arhd.media ailəsi üçün əlamətdar hadisə olmaqla yanaşı, media ictimaiyyətinin də diqqət mərkəzində olub.
tədbirdə arhd.media saytının 15 nəfərdən ibarət əməkdaş heyəti, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən nümayəndələri onlayn formada – zoom platforması vasitəsilə iştirak edərək təbriklərini çatdırıblar. ümumilikdə 60 nəfərə yaxın qonağın iştirak etdiyi tədbirdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və tanınmış simalar yer alıb.
tədbirin açılış mərasimində arhd.media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov çıxış edərək azərbaycan respublikasının prezidenti, müzəffər ali baş komandan cənab ilham əliyevin və birinci vitse-prezident mehriban xanım əliyevanın ölkəmizin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və beynəlxalq arenada azərbaycanın nüfuzunun artırılması istiqamətində gördükləri əvəzsiz işlərdən bəhs edib. ismayıl zalov qonaqları səmimi şəkildə salamlayaraq, bu əlamətdar gündə iştirak etdiklərinə görə hər birinə dərin təşəkkürünü bildirib.
yüksək səviyyədə keçirilən tədbirdə cəmiyyətin böyük hörmətini qazanmış dəyərli şəxsiyyət, xeyriyyəçi hacı nuran da iştirak edib. o, arhd.media saytının birillik fəaliyyəti münasibətilə çıxış edərək kollektivə uğurlar arzulayıb, xeyir-dualarını verib və saytın gələcək fəaliyyətinə inamını ifadə edib.
qeyd edək ki, arhd.media saytı fəaliyyət göstərdiyi bir il ərzində hər zaman azərbaycan respublikasına, dövlətə və dövlətçiliyə sədaqət prinsiplərinə əsaslanaraq, obyektiv, milli maraqlara xidmət edən mövqeyi ilə seçilib. sayt gələcək fəaliyyətində də bu yolu qətiyyətlə davam etdirməyi qarşısına məqsəd qoyub.
arhd.media ailəsi qarşıdakı illərdə də daha böyük uğurlara imza atmağı, azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini genişləndirməyi hədəfləyir.






















































