bu gün saat 11:30-da arhd.media saytının idarə heyətinin ilin ilk iş günü münasibətilə iclası keçirilib. iclasda yeni ilin prioritetləri, görüləcək işlər və təşkilati məsələlər müzakirə olunub.
iclas çərçivəsində idarə heyətinin qərarı ilə azərbaycan idmançısı, dünya çempionu ehram məcidov arhd.media saytının fəxri üzvü adına layiq görülüb. qərar ehram məcidovun azərbaycan idmanının inkişafındakı xidmətləri, beynəlxalq arenada qazandığı uğurlar və dövlətə, millətə sədaqətli mövqeyi nəzərə alınmaqla qəbul edilib.
tədbir zamanı ehram məcidova arhd.media saytının fəxri üzvlük vəsiqəsi təqdim olunub. vəsiqəni arhd.media saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru ismayıl zalov təqdim edərək, dünya çempionuna gələcək fəaliyyətində uğurlar arzulayıb və onun azərbaycan idmanına verdiyi töhfələri yüksək qiymətləndirib.
iclasda çıxış edən ehram məcidov bildirib ki, o, hər zaman azərbaycan dövlətinə və xalqına xidmət etməyi özünün əsas vəzifəsi hesab edir. çıxışı zamanı idmançı ona göstərilən diqqət və dəyərə görə arhd.media saytına və saytın rəhbəri ismayıl zalova səmimi minnətdarlığını ifadə edib.
qeyd edək ki, arhd.media saytı milli maraqların, dövlətçilik dəyərlərinin və ictimai fəallığın təşviqinə töhfə verən şəxslərlə əməkdaşlığa xüsusi önəm verir.






















