rusiya prezidenti vladimir putin azərbaycan prezidenti ilham əliyevə təbrik məktubu ünvanlayıb.
arhd.media verir ki, məktubun mətnində deyilir:
“hörmətli ilham heydər oğlu.
doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
sizin rəhbərliyinizlə azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.
ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, rusiya və azərbaycan xalqlarının mənafelərinə cavab verir.
hörmətli ilham heydər oğlu, sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm”.























