bu gün azərbaycan çin döyüş növləri assosiasiyası kung-fu federasiyasında keçirilən iclasda mühüm qərar qəbul olunmuşdur. arhd.media saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq eksperti ismail zalov federasiyanın hüquqşünası vəzifəsinə təyin edilmişdir.
bu təyinat ismail zalovun hüquq sahəsində uzun illərə söykənən peşəkar fəaliyyəti, prinsipial mövqeyi və beynəlxalq hüquq üzrə dərin biliklərinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. onun federasiyanın hüquqi fəaliyyətinin gücləndirilməsinə, institusional inkişafına və beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcəyinə əminik.
bu əlamətdar qərar münasibətilə ismail zalovu səmimi-qəlbdən təbrik edir, yeni vəzifəsində uğurlar, davamlı nailiyyətlər və məsuliyyətli fəaliyyət arzulayırıq. bu təyinat federasiya üçün qürurverici, hüquqi sabitlik və inkişaf baxımından əhəmiyyətli addımdır.
arhd.media

























