abş-də “beynəlxalq sülh və rifah naminə tramp marşrutu”na (tripp) həsr olunmuş dəyirmi masa təşkil edilib. 


arhd.media  xəbər verir ki, bu barədə məlumatı amerika birləşmiş ştatları-azərbaycan ticarət palatası (usacc) yayıb.


bildirilib ki, tədbirdə azərbaycan və ermənistanın abş-dəki səfirləri xəzər ibrahim və narek mkrtçyan iştirak ediblər. 


qapalı formatda keçirilən dəyirmi masada tripp layihəsinin regional əlaqələrin möhkəmləndirilməsində və orta dəhliz boyunca abş-nin davamlı iqtisadi mövcudluğunun təmin edilməsində rolu müzakirə edilib. 


tədbirdə həmçinin gürcüstan, qazaxıstan, qırğızıstan, türkmənistan və özbəkistanın abş-dəki səfirləri, həmçinin abş hökumətinin yüksəkrütbəli rəsmiləri və biznes nümayəndələri iştirak ediblər.

Baxış sayı: 3 731

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə