azərbaycan respublikasının prezidenti ilham əliyevin dekabrın 21-də rusiyanın sankt-peterburq şəhərində keçirilmiş ali avrasiya iqtisadi şurasının iclasında və mdb dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.


prezident administrasiyasından azərtac-a bildirilib ki, azərbaycan avrasiya iqtisadi ittifaqına üzv olmadığına görə prezident ilham əliyev ali avrasiya iqtisadi şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.


dövlətimizin başçısı bu gün mdb dövlət başçılarının sankt-peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.


xatırladaq ki, azərbaycan respublikası üzv dövlət kimi mdb-nin rəsmi zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və mdb çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir.


prezident ilham əliyev bu il oktyabrın 9-10-da tacikistanın düşənbə şəhərində keçirilmiş mdb dövlət başçıları şurasının iclasında iştirak edib. iclas çərçivəsində istər ikitərəfli, istərdə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub.

Baxış sayı: 3 167

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə