
azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir azərbaycanın banisi və xilaskarı, ümummilli lider heydər əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar dövlət təhlükəsizliyi xidmətinin rəisi general-polkovnik əli nağıyev və xidmətin əməkdaşları fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
arhd.media xəbər verir ki, dahi şəxsiyyət heydər əliyevin və görkəmli oftalmoloq-alim, akademik zərifə əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.





















