gün ərzində gənclər siyasəti, urban inkişaf və dayanıqlı şəhər mühitinin formalaşdırılmasında gənclərin roluna dair mövzularda bir sıra panel müzakirələri təşkil olunub.
proqramın ilk paneli “şəhərlərdə mobillik: daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər” mövzusuna həsr edilib. müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobillik yanaşmaları, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.
ardınca “yaşıl urban inkişaf üçün bacarıqlar: dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin aktiv iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
tədbirin rəsmi bağlanış mərasimində d-8 iqtisadi əməkdaşlıq təşkilatının baş katibi isiaka abdulqadir imam, gənclər və idman nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri zərifə zülfüqarova, misirli gənc karen hani çıxış ediblər. tədbirin sonunda d-8 ölkələrinin nümayəndələri tərəfindən d-8 bakı gənclər bəyanatı qəbul olunub. bəyanat gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəlikləri əks etdirir.
iki günlük d-8 gənclər dialoqu region ölkələri arasında gənclər siyasəti və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə verdi.
#arhd.media#gəncləridman #d8youth2025 #d8youthforum


























