
"tibbi ərazi bölmələrini idarəetmə birliyinin (təbib) tabeliyində olan poliklinikalarda yeni elektron növbə sistemi qurulur".
arhd.media -ın məlumatına görə, bunu birliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri zamirə ədilova "sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdə deyib.
o bildirib ki, artıq hövsan ailə sağlamlıq mərkəzində yeni elektron növbə sistemi hazırdır:
"bu, indiyədək qurulan sistemdən fərqlənir. hazırda sistem texniki sınaqdan keçirilir. sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq".




























