
abşeron rayonunda “konstitusiya və suverenlik ili” çərçivəsində “uşaq hüquqları günü və hüquqi müdafiə” mövzusunda geniştərkibli tədbir keçirilib.
arhd.media xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider heydər əliyevin xırdalan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
daha sonra heydər əliyev mərkəzinin foyesində uşaqlara həsr olunan sərgiyə baxış keçirilib. ulu öndər heydər əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
tədbirdə abşeron rih başçısının müavini gülnar rəhimova çıxış edərək tədbirin əhəmiyyətindən və zərurətindən danışıb. o qeyd edib ki, əsası ümummilli lider heydər əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti azərbaycan dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib. ölkəmizdə uşaqların hüquqlarının dövlət səviyyəsində qorunduğunu qeyd edən g.rəhimova vurğulayıb ki, bu gün də bu siyasət prezident ilham əliyev tərəfindən uğurla davam etdirilir.
uşaqların sosial durumlarının yaxşılaşdırılması, onların təhsil sahəsində inkişafının təmin edilməsi istiqamətində heydər əliyev fondu tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini qeyd edən g.rəhimova bildirib ki, birinci vitse-prezident mehriban əliyeva və heydər əliyev fondunun vitse-prezidenti leyla əliyeva tərəfindən bu istiqamətdə çoxsaylı təşəbbüslər irəli sürülüb və bunlardan azərbaycan övladları faydalanıb.
sonra abşeron rih-nin hüquq şöbəsinin müdiri, rih yanında uhmk-nın sədri rəşad qubadov geniş məruzə ilə çıxış edib. o bildirib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.
qeyd edilib ki, azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. hələ xx əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. o dövrdə bakı xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən “uşaqlara hamilik cəmiyyəti” də mövcud olub. bu cəmiyyətin hesabatlarında çoxlu maraqlı faktlara rast gəlmək olar. uşaq sığınacaqlarının materiallarının təhlili azərbaycan mentaliteti üçün olduqca mühüm bir faktı ayırmağa imkan verir.
r.qubadov abşeron rayonunun göstəriciləri ilə bağlı danışarkən vurğulayıb ki, 2025-ci ilin 10 ayı ərzində rayon üzrə ümumilikdə 1055 boşanma faktı qeydə alınıb. məhkəməyə 709 aliment tələbi, 46 aliment artırılma tələbi, 23 aliment azaldılma tələbi, 13 övladlığa götürmə tələbi, 47 atalıq faktının təyin olunması üzrə iddia tələbi ilə müraciətlər daxil olub. o, eyni zamanda xüsusi vurğulayıb ki, abşeron rayon icra hakimiyyətinə 10 ay ərzində nikah yaşının azaldılması ilə bağlı müraciət edilməyib.
bundan sonra panel müzakirələr başlayıb. bu zaman baş prokurorluğun ctki idarəsinin böyük prokuroru elşad ağayev, din-in baş it idarəsinin yyç-lə profilaktik işin təşkili şöbəsinin rəis müavini imran əliyev, ailə, qadınvə uşaq problemləri üzrə dövlət komitəsinin uşaq şöbəsinin müdiri cəmilə bağırova, ombudsman aparatının uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri nigar ağayeva, mediasiya şurasının idarə heyətinin üzvü sima yaqubova, azərbaycan uşaqlar birliyinin sədri kəmalə ağazadə çıxış edərək uşaq hüquqları istiqamətində görülən işlərdən danışıblar, iştirakçıların suallarını cavablandırıblar.
sonra abşeron rih yanında ictimai şuranın sərdi, vətən müharibəsi şəhidi elçin həsənlinin anası xatirə ismayılova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, abşeron rayonunda da şəhidlərdən bizə əmanət qalan övladlarına, ümumilikdə qəhrəmanlarımızın ailələrinə çox böyük diqqət və qayğı göstəririlir.
































