"zəngəzur dəhlizinin açılması bütün mərkəzi asiya ölkələrinə fayda gətirəcək".
arhd.media azərtac-a istinadən xəbər verir ki, bunu prezident ilham əliyev özbəkistanın uza agentliyinə müsahibəsində deyib.
dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq ələt beynəlxalq ticarət limanı, bakı-tbilisi-qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.























