
bu gün isa məsihin sonuncu gün müqəddəsləri kilsəsinin bakı ofisinin açılışı olub.
arhd.media -ın məlumatına görə, tədbirdə dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri ramin məmmədov, qafqaz müsəlmanları idarəsinin sədri şeyxülislam hacı allahşükür paşazadə, "on iki həvari kvorumu"nun üzvü deyvid bednar, yetmişlər komitəsinin üzvü və avropa mərkəzi ərazi idarəsinin birinci məsləhətçisi cek gerard, stirlinq fondunun prezidenti və idarə heyətinin sədri mayls hansen və yetmişlər komitəsinin mərkəzi avropa və avrasiya üzrə kvorumunun üzvü pol pikard iştirak ediblər.
isa məsihin sonuncu gün müqəddəsləri kilsəsi azərbaycanda 2024-cü ildə rəsmi qeydiyyatdan keçib.
qeyd edək ki, isa məsihin sonuncu gün müqəddəsləri kilsəsi (mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir. kilsəyə 15 həvari rəhbərlik edərək kilsənin ən yüksək idarəedici orqanları olan birinci prezidentlik və on iki həvarilər kvorumu formalaşdırırlar. ən yaşlı həvari kilsənin prezidenti olur və o, iki digər həvarini müşavir kimi özünə təyin edir. həmin üç nəfər birinci prezidentlik orqanı olaraq fəaliyyət göstərir, digər on iki həvari isə kilsənin on iki həvarilər kvorumunu təşkil edir.
on iki həvarilər kvorumundan sonra ən yüksək orqan yetmişlər komitəsi hesab edilir. hazırda yetmişlər komitəsinin səkkiz kvorumu (komitənin alt orqanları) mövcuddur. hər bir kvorumda 70 nəfərə qədər üzv ola bilər. kvorumun bəzi üzvləri kilsənin baş qərargahında inzibati vəzifələrdə çalışırlar, digərləri dünyanın müxtəlif bölgələrindəki kilsələrdə xidmət edirlər. yerli icmalara yepiskoplar rəhbərlik edirlər.
kilsənin qabaqcıl ali təhsil müəssisi olan briqam yanq universiteti (byu) abş-nin və dünyanın tanınmış universitetlərindən biridir. universitet yuta ştatının provo şəhərində yerləşir. universitetin tabeliyində fəaliyyət göstərən beynəlxalq hüquq və din araşdırmaları mərkəzinin təşkilatçılığı ilə provo şəhərində hər il beynəlxalq hüquq və din simpoziumu keçirilir.
stirlinq fondu ilə isa məsihin sonuncu gün müqəddəsləri kilsəsi arasında mənəvi dəyərlər və əməkdaşlıq baxımından yaxınlıq mövcuddur. fondun təsisçiləri və idarə heyətində kilsənin üzvləri geniş təmsil olunurlar. buna görə də fondun fəaliyyət fəlsəfəsində kilsənin dəyərləri - ailə birliyi, xidmət, təhsil və dinlərarası dialoq kimi prinsiplər özünü göstərir.
























