azərbaycandan türkiyəyə uçan və gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "c-130 hərbi" yük təyyarəsinin qara qutusu türkiyə tərəfindən araşdırılacaq və abş-yə göndərilməyəcək.
arhd.media "haber global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.
həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.
qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.
daha ətraflı "haber global"ın süjetində:






















