xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu türkiyəyə məxsus c-130 tipli hərbi təyyarə gürcüstan ərazisində qəzaya düşüb.
arhd.media “a haber”ə istinadən xəbər verir ki, bu gün türkiyə vaxtı ilə səhər saat 09:50-də trabzondan havaya qalxan təyyarə saat 11:06-da gəncəyə enib.
planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də türkiyəyə geri dönüş reysi üçün yenidən gəncədən havaya qalxıb.
lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.
gürcüstan kiv-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya gps sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.























