türkiyə prezidenti rəcəb tayyib ərdoğan ölkənin silahlı qüvvələrinə məxsus "c-130" hərbi təyyarəsinin qəzaya uğraması barədə danışıb.
arhd.media xəbər verir ki, bu barədə "hürriyet" məlumat yayıb.
"azərbaycandan ölkəmizə gələn təyyarəmizin gürcüstan-azərbaycan sərhədində qəzaya uğradığını dərin kədərlə öyrəndik. axtarış-xilasetmə işlərini müvafiq orqanlarla əlaqələndirməyə davam edirik. ümid edirik ki, bu qəzadan ən az itki ilə çıxacağıq. allah şəhidlərimizə rəhmət eləsin və dualarımız onlarla birlikdədir", - deyə dövlət başçısı bəyan edib.
qeyd edək ki, bu gün azərbaycandan havaya qalxan türkiyəyə məxsus "c-130" hərbi yük təyyarəsi gürcüstan-azərbaycan sərhədində qəzaya uğrayıb.























