bu gün 2020-ci il noyabrın 10-da prezident ilham əliyev, rusiya prezidenti vladimir putin və ermənistanın baş naziri nikol paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın ildönümüdür.
arhd.media xəbər verir ki, 2020-ci il sentyabrın 27-də ermənistanın hərbi təxribatlarına cavab olaraq azərbaycan ordusu vətən müharibəsinə başlamışdı.
44 gün davam edən döyüşlər zamanı azərbaycan ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib. oktyabrın 3-də suqovuşan, 4-də cəbrayıl, 9-da hadrut, 17-də füzuli, 20-də zəngilan, 25-də qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər azərbaycanın nəzarətinə qaytarıldı.
noyabrın 8-də şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.
bu qələbədən iki gün sonra noyabrın 10-da imzalanan bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu.























