prezident ilham əliyev azərbaycan respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
arhd.media president.az-a istinadən xəbər verir ki, sərəncama əsasən azərbaycan respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:
"azərbaycanın milli qəhrəmanı" adı ilə
qurbanov vaqif bəxtiyar oğlu - baş leytenant (ölümündən sonra)
"azərbaycan bayrağı" ordeni ilə
quliyev akif bayram oğlu - ehtiyatda olan baş gizir
"igidliyə görə" medalı ilə
binyətov gülbudağ əli oğlu - ehtiyatda olan polkovnik-leytenant
əliyev bəşir iman oğlu - ehtiyatda olan mayor
cəlilov elman səyyad oğlu - ehtiyatda olan kapitan
şalbuzov tofik şıxbala oğlu - ehtiyatda olan baş gizir.
qeyd edək ki, qurbanov vaqif bəxtiyar oğlu azərbaycanın ilk hərbi pilotudur.






















