
ötən gün sabunçu rayon icra hakimiyyətinin və yap sabunçu rayon təşkilatının təşkilatçılığı ilə “zəfər təntənəsi” adlı bayram tədbiri keçirilib.
arhd.media xəbər verir ki, “8 noyabr - zəfər günü”nə həsr olunmuş beynəlxalq muğam mərkəzinin “buta” instrumental ansamblının iştirakı ilə baş tutub.
ətraflı
tədbirdə sabunçu rih başçısı adil vəliyev, yap sabunçu rayon təşkilatının sədri araz xudadanov, rih başçısının müavinləri, aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və digər nümayəndələri iştirak ediblər.
ilk olaraq tədbir iştirakçıları ümummilli lider heydər əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
tədbir beynəlxalq muğam mərkəzinin “buta” instrumental ansanblının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.



























