"invest in azerbaijan" informasiya sisteminin yaradılır.
arhd.media president.az-a istinadən xəbər verir ki, bununla bağlı prezident ilham əliyev fərman imzalayıb.
fərmanla "invest in azerbaijan" informasiya sistemi haqqında əsasnamə" təsdiq edilir.
müəyyən edilir ki, "invest in azerbaijan" informasiya sistemi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə azərbaycan respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. sistemin sahibi funksiyalarını azərbaycan respublikasının iqtisadiyyat nazirliyi, operatoru funksiyalarını isə azərbaycan respublikası iqtisadiyyat nazirliyinin tabeliyində azərbaycan respublikasının ixracın və investisiyaların təşviqi agentliyi - azpromo həyata keçirir.






















