ötən həftə dövlət təhlükəsizliyi xidməti (dtx) tərəfindən saxlanılan islam rzayevlə iyunun 20-də həbs edilən qax rayonunun sabiq icra başçısı musa şəkiliyevin biznes əlaqələri üzə çıxıb.
arhd.media metbuat.az-a istinadən xəbər verir ki, islam rzayev balakənə, musa şəkiliyev qaxa rəhbərlik etdiyi dövrdə onların yaxşı münasibəti olub. iki rayon arasında məsafə yaxın olduğu üçün icra başçıları tez-tez görüşüb biznes layihələrini müzakirə edirmişlər.
məlumatlara görə, bu görüşlərin nəticəsi olaraq ortaya böyük fermer təsərrüfatı çıxıb. islam rzayevlə musa şəkiliyevin bir neçə qoyun sürüsünə sahib olduğu bildirilir. şərikli təsərrüfatda 15 min başdan çox xırdabuynuzlu heyvanın olduğu deyilir.
məlumatlarda o da qeyd edilir ki, icra başçılarına məxsus sürülər yaz-yay aylarında qaxda, payız-qış mövsümündə isə balakəndə bəslənilir. təsərrüfat sahibləri balakəndən qışlaq, qaxdan isə yaylaq kimi istifadə edirlər.























