məlum olduğu kimi, bir neçə gün əvvəl ermənistan xin rəhbəri ararat mirzoyan azərbaycan prezidenti ilham əliyev və türkiyə lideri rəcəb tayyib ərdoğanın avropa siyasi birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün irəvana dəvət olunduqlarını açıqlayıb.


arhd.media  xəbər verir ki, “caliber.az” diplomatik mənbələrə istinadən ilham əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.


bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin hazırkı səviyyəsi prezident ilham əliyevin irəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə imkan vermir: “azərbaycan real fəaliyyət prinsiplərini rəhbər tutur. saziş imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesin başa çatması barədə yanlış təəssürat yarada bilər. hüquqi baza yaradılana və öhdəliklər yerinə yetirilməyə başlanana qədər bu cür addımlar üçün hələ tezdir. 


gələcəkdə yüksəksəviyyəli səfərlər perspektivi istisna edilmir. əksinə, sülh sazişinin imzalanması və onun icrası başladıqdan sonra bu, prosesin məntiqi davam olacaq. indi isə əvvəl razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi ilə bağlı praktiki addımlar lazımdır”.

Baxış sayı: 3 179

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə