xəbər verdiyimiz kimi, prezident ilham əliyev oktyabrın 28-i cəbrayıl şəhər məscidinin təməlini qoyub.
arhd.media xəbər verir ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.
burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. ikimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.























