azərbaycanın bəhreyn krallığında (manama şəhərində) səfirliyi təsis edilib.
“arhd.media” xəbər verir ki, prezident ilham əliyev bununla bağlı sərəncam imzalayıb.
sərəncamda deyilir:
“azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, azərbaycan respublikasının bəhreyn krallığında (manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. azərbaycan respublikasının nazirlər kabineti:
1.1. azərbaycan respublikasının bəhreyn krallığında (manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;
1.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. azərbaycan respublikasının xarici işlər nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin”.






















