vaşinqton, 3 oktyabr, arhd.media
kanadanın baş naziri ağ evdə abş prezidenti ilə görüşəcək
kanadanın baş naziri mark karni ağ evdə amerika birləşmiş ştatları (abş) prezidenti donald trampla görüşəcək.
arhd.media-ın məlumatına görə, görüş oktyabrın 7-si olacaq.
görüşün iki ölkə arasında ticarət məsələsi və donald trampın kanadanı 51-ci ştat adlandırması ilə bağlı gərginlik fonunda keçirilməsi gözlənilir.
bu, mark karninin kanadanın baş naziri kimi abş-a ikinci səfəridir.























