xankəndi, 2 oktyabr, arhd.media
fərid qayıbov: xankəndi stadionu uefa-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq
xankəndi stadionu uefa-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, bunu gənclər və idman naziri fərid qayıbov xankəndidə jurnalistlərə açıqlamasında deyib.
nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də xankəndi stadionunda futbol oyunu keçirilib. bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. işlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
“ötən il dekabrın 21-də xankəndidə badminton üzrə azərbaycan çempionatı da keçirilmişdi. bu isə ilk beynəlxalq yarışdır. çox qürurluyuq. biz iki il ərzində artıq xankəndidə beynəlxalq yarış keçiririk”, - deyə nazir əlavə edib.























