nyu-york, 25 sentyabr, arhd.media
donald tramp türkiyəyə f-35 qırıcılarının satışı ilə bağlı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb
abş-ın türkiyəyə f-35 təyyarələrinin satışı ilə bağlı tətbiq etdiyi sanksiyalar dərhal ləğv edilə bilər.
arhd.media-ın məlumatına görə, bu sözləri abş prezidenti donald tramp türkiyəli həmkarı rəcəb tayyib ərdoğan ilə görüş zamanı mediaya açıqlamasında deyib.
“biz f-35-i müzakirə edəcəyik və məncə, o, almaq istədiyini ala biləcək. mən bilirəm ki, o, f-35 istəyir. biz bu barədə çox ciddi danışırıq. onun və bizim müəyyən məsələlərə ehtiyacımız var. düşünürəm ki, biz bir nəticəyə gələcəyik”, - deyə tramp bildirib.























