tbilisi, 21 sentyabr, arhd.media
nikol paşinyan yenidən hakim partiyanın sədri seçilib
“mülki müqavilə” partiyasının vii qurultayı başa çatıb. sonda təşkilati məsələyə baxılıb və partiyanın idarə heyətinin sədri və üzvləri seçilib.
arhd.media xəbər verir ki, səsvermənin ilkin nəticələrinə görə, baş nazir nikol paşinyan 758 səslə idarə heyətinin sədri seçilib. elektron hesablamadan sonra bülletenlərin əl ilə hesablanması da aparılacaq.
partiyanın idarə heyətinin yekun tərkibi hələlik açıqlanmayıb.
paşinyan qeyd edib ki, namizədlərin apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var, bundan sonra yekun nəticələr açıqlanacaq.
“mülki müqavilə” partiyasının idarə heyətində qadınların da sayının artırılacağı bildirilir.























