bakı, 7 fevral, arhd.media
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri bahar muradova yevlaxda vətəndaş qəbulu keçirəcək.
dövlət komitəsindən arhd.media -a bildirilib ki, qəbul fevralın 14-də saat 11:00-da yevlax şəhər heydər əliyev mərkəzində baş tutacaq.
qəbulda yevlax və mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.






















