bakı, 25 avqust, arhd.media
“spiegel”: almaniya 1990-cı illərdə rusiyanın nato-ya daxil olmasına qarşı çıxıb
rusiyanın şimali atlantika alyansına qoşulması məsələsi 1990-cı illərdə fəal müzakirə olunurdu, lakin bu ideya avropa ölkələrinin, xüsusən də almaniyanın kəskin etirazı ilə qarşılandı.
arhd.media xəbər verir ki, bu məlumatı almaniyanın “spiegel” nəşri 1994-cü ilin məxfi sənədlərinə istinadla yayıb.
qeyd olunur ki, abş-ın prezidenti bill klinton rusiyanı alyansa qəbul etməyə ciddi sadiq idi və bu məsələni o zaman rusiya dövlətinin başçısı olmuş boris yeltsinlə müzakirə edib.
“abş prezidenti həm də avropalı müttəfiqlərinin sərt müqaviməti ilə üzləşib. söhbət rusiyanın nato-ya üzvlüyü məsələsinə gələndə almaniya hökuməti qətiyyətlə çıxış edirdi”, - məlumatda deyilir.























