bakı, 24 avqust, arhd.media
ukrayna prezidenti ölkəsinə göstərilən dəstəyə görə azərbaycana təşəkkür edib
ukrayna prezidenti volodimir zelenski ölkəsinə göstərilən dəstəyə görə azərbaycana təşəkkür edib.
arhd.media xəbər verir ki, bu barədə o, x sosial şəbəkəsindəki hesabında paylaşım edib.
azərbaycan prezidenti ilham əliyevin ukraynanın müstəqillik günü münasibətilə təbriklərini, eləcə də ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirən v.zelenski vurğulayıb: “hörmətli prezident, ukrayna və azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. biz humanitar və digər yardımlara görə dost azərbaycana çox minnətdarıq. xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”.






















