naxçıvan, 13 avqust, arhd.media
naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 22,1 faiz artıb
bu ilin yanvar-iyul ayları ərzində naxçıvan muxtar respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.
naxçıvan muxtar respublikası iqtisadiyyat nazirliyinin mətbuat xidmətindən arhd.media-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.
hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb.























