bakı-ələt-qazax-gürcüstan yolunun bir hissəsində sürət həddi endirilir

bakı, 29 iyul, arhd.media




bakı-ələt-qazax-gürcüstan yolunun bir hissəsində sürət həddi endirilir


iyulun 30-dan m2 bakı-ələt-qazax-gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun lökbatan dairəsindən başlayaraq ələt qəsəbəsində yerləşən “azpetrol” ydm-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

azərbaycan yerüstü nəqliyyat agentliyindən (ayna) arhd.media-a bildirilib ki, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

“hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır. hərəkət təhlükəsizliyini qorumaq üçün sürücülərdən sürət hədlərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Baxış sayı: 5 487

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə