ağdam, 28 iyul, arhd.media
böyük qayıdış: xocalının ballıca kəndinə növbəti köç karvanı yola salınıb
işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir. iyulun 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı ağdamdan xocalının ballıca kəndinə yola salınıb.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə ballıca kəndinə 17 ailə - 62 nəfər köçürülür. doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident ilham əliyevə və birinci vitse-prezident mehriban əliyevaya təşəkkür ediblər. onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
qeyd edək ki, hazırda qarabağda və şərqi zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan ümumilikdə 50 mindən çox insan yaşayır.
























