bakı, 21 iyul, arhd.media
2025-ci ilin birinci yarısında dövlət reyestrində 127 patent qeydiyyata alınıb
2025-ci ilin birinci yarısında dövlət reyestrində 127 patent (2024-cü ilin müvafiq hesabat dövründə 95 patent), o cümlədən ixtiralara dair 81 (2024-cü ilin müvafiq hesabat dövründə 56), faydalı modelə aid 34 (2024-cü ilin müvafiq hesabat dövründə 30) və sənaye nümunələrinə aid 12 (2024-cü ilin müvafiq hesabat dövründə 9) patent qeydiyyata alınıb.
arhd.media xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə əqli mülkiyyət agentliyində keçirilmiş tədbirdə deyilib. bildirilib ki, patent fəallığı 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə artıb.
























